Bu ölkə bütün futbol çempionatlarından uzaqlaşdırıla bilər

Bu ölkə bütün futbol çempionatlarından uzaqlaşdırıla bilər
Yunanıstan futbol üzrə bütün çempionatlardan uzaqlaşdırıla bilər.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, səbəb 11 mart tarixində yerli çempionatda "PAOK" və "AEK" komandaları arasında keçirilən maçtdır.

Oyunun sonunda "PAOK" rəqibin qapısının torunu silkələyib. Ancaq referi qolu hesaba almayıb.

"PAOK"un sahibi, rusiyalı biznesmen İvan Savvidi bundan hirslənərək meydana çıxıb. Oyun dayandırılıb və qalmaqalla bitib. Hadisənin fotoları tirajlananda Savvidinin əlində silah olduğu sezilib. Klubun prezidenti həbs edilib.

FİFA bu insidentə görə Yunanıstanı hədələyib. Əgər milli çempionatda zorakılıq halları aradan qaldırılmasa, bu ölkə futbolsuz qalacaq.

Qeyd edək ki, Savvidi "PAOK"un səhmlərinə 2012-ci ildə yiyələnib. O vaxtdan bəri kluba 10 milyon avro xərcləyib.
 
İlqar

OXŞAR XƏBƏRLƏR