FTB-nin sabiq direktoru:”Yazılmamış qanun var, kəşfiyyatçının ailəsi toxunulmazdır”
Dünya
09:51 / 13.03.2018
3682
Britanıyanın baş naziri Tereza Mey dünən Rusiya əleyhinə bəyanat
verərək onu 66 yaşlı Sergey Skripalın və
onun qızını zəhərlənməsində ittiham etdi.
Sfera.az xatırladır ki, Skripal Rusiya Hərbi Əks-Kəşfiyyat İdarəsinin
sabiq zabitidir. O 2006-cı ildə Britaniya lehinə casusluq etdiyi üçün 13 il
həbs cəzası alıb. Sonradan Britaniyada həbs edilmiş Rusiya casusları ilə
dəyişdirilib. 2010-cu ildə Skripal Britaniya vətəndaşlığı alıb.
Bu ilin 4 martında onu
və qızını Solsberi şəhər parkında huşsuz halda tapıblar. Onların hər ikisi komadadır.
Tereza
Meyin bəyanatına Rusiyadan müxtəlif reaksiyalar olub. Onlardan ən maraqlısı
FTB-nin sabiq direktoru, hazırda Dövlət Dumasının deputatı Nikolay Kovalevin "Tass”
agentliyinə verdiyi müsahibədir.
O
bildirib ki, dünyanın bütün kəşfiyyat orqanlarının yazılmamış bir qanunu var-
kəşfiyyatçının arvadı, uşaqları, qohumları toxunulmazdır. Əgər buna yol
verilərsə artıq qisas olar, hadisələr qanlı xarakter alar.
Dəyişdirilmiş
agentlərə də bu prosedura aiddir:
"Skripal Rusiya üçün heç bir təhlükə törətmirdi. Ona görə də dəyişdirilmişdi. 12 il qabaq o cəza alıb. Guya Rusiya 12 il gözləyib, sonra qəfil onu zəhərləyib, özü də prezident seçkisi ərəfəsində. Məntiq hanı?”
Ilqar Atabəyli