Ərdoğan təyyarə qəzasında vəfat edənlərin valideynlərinə zəng etdi

Ərdoğan təyyarə qəzasında vəfat edənlərin valideynlərinə zəng etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən baş verən dəhşətli təyyarə qəzasında həlak olanların valideynlərinə başsağlığı verib.

Sfera.az "Haberler"e istinadən bildirir ki, prezident qəzanın 11 qurbanının valideynlərinə tək-tək zəng edərək onlara təsəlli verib. 

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn şəxsi təyyarə İranın paytaxtı Tehranda qəzaya uğrayıb. Nəticədə 2-si pilot, 1-i stüardessa, 8-i sərnişin olmaqla 11 nəfər həlak olub. 

Lalə Nəsirova

OXŞAR XƏBƏRLƏR