Dünya Səhiyyə Təşkilatından şok PROQNOZ: Milyonlarla insan naməlum infeksiyadan öləcək
Sağlıq
18:37 / 12.03.2018
3752
Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri yeni qlobal epidemiya təhlükəsi haqda xəbərdarlıq ediblər.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilat bu epidemiyanın səbəbinin hələ identifikasiya edilməmiş infeksiya ola biləcəyini açıqlayıb.
Mütəxəssislər bütün insanlığı təhdid edə biləcək xəstəliklərin siyahısını tərtib ediblər. Bura 2014-2015-ci illərdə Nigeriyada yayılan"Lassa” homorratik qızdırması, 2014-2015-ci illərdə Afrikada 11 min insanın ölümünə səbəb olan "Ebola” virusu da daxil edilib. Bundan əlavə alimlər "Marburg” qızdırmasını, "Krım-Konqo” qanaxmalı qızdırmasını, "Zika” virusunu da təhlükəli hesab ediblər.
Həkimlər habelə "X xəstəliyini” də siyahıya daxil ediblər. Hesab edilir ki, elmə hələ məlum olmasa da, hər an yeni bir epidemiya insanlığın sonunu gətirə bilər.