Bəzi ərazilərdə evlərin su altında qalmaq riski var? - Nazirlikdən AÇIQLAMA

Hadisə
15:11 / 12.03.2018
2573
"Ramana qəsəbəsi II Sahə, Savalan, Daş Karxanası adlanan ərazilərdə subasmanın dinamikasında aktivlik müşahidə olunub. Ötən gün bu ərazilərə baş çəkmişik”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Onun sözlərinə görə, Kürdəxanı qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazilərdə də subasma prosesində aktivlik müşahidə olunub:
"Ərazidə yüzlərlə evin olması, əhalinin burada sıx məskunlaşmasının, həmçinin yağış suları ilə yanaşı texnogen amillərin - mərkəzləşmiş kanalizasiya sisteminin olmamasının subasma prosesinə təsiri var. Əhali tərəfindən xüsusi qazmalar qazılır ki, bu zaman işlənmiş təsərrüfat suları yerin səthinə vurur”.
R.Həsənovun sözlərinə görə əraziyə düşən atmosfer yağıntıları da qurunt sularının qalxmasına təsir edir:
"Çünki qurunt sularının yatma dərinliyi yer səthinə çox yaxındır”.
Maraqlıdır, ərazidə evlərin subasma təhlükəsi varmı?
R.Həsənov bu haqda da danışıb:
"Evlərin su altında qalmaq riski yoxdur. Subasma o dərəcədə də təhlükəli həddə deyil”.
Nigar Məhərrəm
Sfera.az