Təyyarə qəzasında ölən Mina Başaranın ailəsindən gözlənilməz addım
Dünya
13:37 / 12.03.2018
8463
Xəbər verdiyimiz kimi, ötən gün Birləşmiş Ərəb Əmirlikərindən Türkiyə istiqamətində uçuş edən özəl təyyarə Bakı vaxtı ilə 19:09 radələrində İranda yerə düşüb.
Sfera.az "Hürriyet"ə istinadən bildirir ki, baş verən qəza zamanı 2-si pilot qadın, 1-i stüardessa, 8-i sərnişin olmaqla 11 nəfər dünyasını dəyişib. Təyyarədəki sərnişinlərin "Subaylığa son” partisindən qayıdan "Başaran Holdinq”in rəhbəri Hüseyn Başaranın qızı Mina Başaran və onun 7 rəfiqəsi olduğu açıqlanıb.
Hadisənin detalları haqda yayılan məlumatda qeyd olunur ki, özəl təyyarə Bakı vaxtı ilə 17:59 radələrində İranın hava məkanına daxil olub, 19:09 radələrində isə vurularaq yerə düşüb.
Bu hadisədən dərhal sonra Mina Başaranın sosial şəbəkədəki profilləri ailəsi tərəfindən bağlanılıb.
Nigar Məhərrəm
Sfera.az