Lotu Qulinin “kassiri”nin həbs müddəti uzadıldı

Lotu Qulinin “kassiri”nin həbs müddəti uzadıldı
Moskva Şəhər Məhkəməsi "Afo” ləqəbli Fuad Rzayevin həbs müddətini 19 martadək uzadıb.

Sfera.az xəbər verir ki, bu haqda onun vəkili Müslüm Cəmalətdinov məlumat verib.

O bildirib ki, məhkəmə apelyasiya şikayətini rədd edib.

Hakim Larisa Semyonova bunu ölkədəki kriminogen durumun mürəkkəbliyi və orta biznesi qorumaq üçün F. Rzayev kimi şəxslərin cəmiyyətdən təcrid edilməsinin vacibliyi ilə əsaslandırıb.

Xatırladaq ki, F. Rzayevlə yanaşı, dəstənin daha 10 üzvü yaxalanıb. Əməliyyat Federal Təhlükəsizlik Bürosunun paytaxt idarəsi və Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.
 
Fuad Rzayevin xaricdə yaşayan, "Lotu Quli” ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun nümayəndəsi olduğu bildirilir. İlkin məlumata əsasən, F. Rzayev meyvə-tərəvəz və göyərti satışı ilə məşğul olan ticarətçilərdən aylıq "haqq" yığırmış.
 
İlqar

OXŞAR XƏBƏRLƏR

Bu bürclər üçün həyat yenidən başlayır

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.   Sfera.az xəbər verir ki, dəyişikliklər karyeraya, şəxsi münasibətlərə və ya d...

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzulidəki dağıntılara baxdılar - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış y...

"Bank of Baku"nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi

"Bank of Baku" tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.   Bankın və "Bolkart"ın rəsmi veb-səhi...

Səbinə Salmanova vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı Səbinə Salmanova vəfat edib.   Sfera.az xəbər verir ki, b...

Suraxanıda 2 mərtəbəli ev yandı

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.   Sfera.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan i...