Qış vaxtına keçid - nə qədər qabağa düşürük?

Qış vaxtına keçid - nə qədər qabağa düşürük?

Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatı qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu, qəbul edildiyi 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsində 2 faizədək qənaət yaradır. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr atmosferə atılan tullantıların miqdarını da azaltmış olur.

Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Yay vaxtına keçid Azərbaycanda Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına görə həyata keçirilir. Bu qanuna görə, hər il oktyabr ayının son bazar günü saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Bu il oktyabrın 25-i saat 5:00-da əqrəblərinin bir saat geri çəkilməsi ilə ölkə ərazisində qış vaxtına keçiləcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR