İtkin alpinistlərlə bağlı yeni xəbər

Sfera.az xəbər verir ki, "Gilavar” hava və ekstrim idman klubunun rəhbəriZiya
Qasımlı Modern.az-a axtarışların nəticəsiz olduğunu bildirib:
"Hər yerə baxılıb. Hətta əvvəl axtarış aparılan yerlərə təkrar baxış
keçirilib, amma onların heç bir izinə də rast gəlinməyib”.
Z.Qasımlı deyib ki, axtarışlar növbəli şəkildə davam etdirilir:
"8 gündən 1 növbə dəyişilir. Çünki çətin və soyuq hava şəraitdə davamlı
işləmək olmaz. Buna görə də axtarışlar növbəli şəkildə aparılır. Rəsmilərin
sözlərinə görə, axtarışlar onlar tapılanadək davam etdiriləcək”.
23 dekabrda 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı
istiqamətində yürüşə çıxmış "Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü
geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Fövqəaldə Hallar Nazirliyi Böhran
Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumat aidiyyəti qurumlara
ötürülüb.
FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən
alpinistlərHüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami
oğluvəCəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.