Arda Turan bu gün evlənir – FOTOLAR

İdman
16:58 / 11.03.2018
4624
Məşhur
futbolçu Arda Turan bu gün 2 il yarımdır sevgili olduğu Aslıhan Doğan ilə ailə
qurur.
Sfera.az"Posta”ya istinadən bildirir ki, cütlük sadə nikah mərasimi ilə ailə həyatına qədəm qoyacaq.
Nikah mərasimi Ardanın Çubukludakı evində, ailə arasında baş tutacaq.
Xatırladaq ki, Arda Turan ötən həftə sevgilisinə nişan üzüyü taxmışdı. O, toy ilə maraqlananlara isə "Ölkəmiz və əsgərlərimiz böyük mücadilə verir. Müharibə vaxtı toy olmaz. Bu vəziyyətdə toy edə bilmərik”, - deyə cavab vermişdi.
Lalə Nəsirova