Keksə narkotik qatdı, valideynləri xəstəxanalıq oldu
Hadisə
16:53 / 10.03.2018
4394
Gənc italyanın marixuanalı keks bişirməsi başına bəla olub.
Sfera.az "Life” portalına istinadən xəbər verir ki, o özü üçün "Amsterdam” resepti ilə (yəni, tərkibinə marixuana əlavə edilmiş) keks bişirmək fikrinə düşüb.
Keksi bişirəndən sonra azca dadıb və evdən çıxıb. Onun valideynlər evə gələndə mətbəxdə 20 yaşlı oğullarının bişirdiyi keksi görüblər və dadmaq qərarına gəliblər. Keksi yedikdən sonra onların halı pisləşib.
Xəstəxanada onlara tibbi yardım göstərilib. Analizlər zəhərlənməyə narkotikin səbəb olduğunu aşkarlayıb.
Gənc oğlan polisə verdiyi ifadəsində keksə narkotik qatdığını etiraf edib.
İlqar