"Bandotdel" əməliyyat keçirdi - VİDEO
DİN tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxt sakini Namiq Babayevin Bakı şəhər Suraxanı rayonunda yaşadığı evində silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində evə baxış zamanı oradan 1 ədəd avtomat, 240 ədəd patron və 20 ədəd patron darağı aşkar edilərək götürülüb.
İlkin dindirmə zamanı saxlanılan şəxs odlu silah-sursatı 2001-ci ildə tapdığını və bu müddət ərzində mənzilində gizlətdiyini bildirib: "Bir dənə avtomat idi, içində 20 daraq var idi, 240 dənə də güllə".
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. (Region TV)