Türkiyə klubunun futbolçusu millimizdə - Qurban Qurbanovdan dəvət

İdman
11:35 / 10.03.2018
2835
Millimizin sabiq üzvü Ufuk Budak yenidən yığmamızda çıxış edəcək.
Sfera.az Yenicag.a-a istinadən xəbər verir ki, bu barədə seçməmizin baş məşqçisi Qurban Qurbanov qərar verib.
Türkiyə PTT 1-ci Liqasında çıxış edən "Samsunspor”un üzvü martın 18-də millimizin düşərgəsinə qoşulacaq. O, martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları üçün baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.