"Smes"in uşağa düşmədiyini necə bilmək olar? - Pediatr İZAH ETDİ

Pediatrlar ana südünü uşağa vacib qida olaraq bilirlər. Onlar bildirir ki, körpə ilk 6 ay ancaq ana südü ilə qidalanmalıdır.

Ancaq ana südü kifayət etməyəndə hazır qidalar tövsiyə edilir.

Son zamanlar isə həkimlər firma reklamı ilə bağlı istədikləri yeməyi anaya məsləhət görürlər. Bəzən isə smes uşağa düşmür və bunu ananın anlaması bir az çətin olur.

Bəs smesin vücuda düşüb-düşmədiyini necə anlamaq olar?

Sfera.az bildirir ki, mövzu ilə bağlı medicina.az-a açıqlama verən pediatr Xəyalə Quliyeva smesin düşmədiyini göstərən əlamətləri açıqlayıb: "Əsasən smeslər inək südü ilə hazırlanır. Bəzən uşaqlarda bu, allergiya verə bilər. Təbii ki, uşağın südə allergiyası varsa, bu? meydana çıxacaq.

Bundan əlavə olaraq uşaqda smesdən sonra qızartı, arxa yanda, əllərdə qızarıqlıq, ishal, qəbizlik, qusma meydana gələrsə, bu, smesin düşmədiyi deməkdir. Yəni ümumiləşdirsək, normal uşaqda görülməyən əlamətlər hazır qidadan sonra baş verərsə, bu o deməkdir ki, smes bədənə düşmür".

Bu zaman görüləcək tədbirlərdən də bəhs edən pediatr dərhal smesin dayandırılmasını tövsiyə edib.

"Smes kəsilir və müalicə tədbirləri görülür. Və ya müalicəvi smeslərə keçid olunur", - deyə Quliyeva vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Paytaxtın bu ərazisində işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...