İngiltərəyə işləyən rus agenti qızı vasitəsilə zəhərlədilər

İngiltərəyə işləyən rus agenti qızı vasitəsilə zəhərlədilər
Ötən il rusiyalı diplomatlar üçün uğursuz oldu. 2017-ci il rus səfirinin öldürülməsi, rusiyalı diplomatlara qarşı törədilən sui-qəsdlərlə yadda qaldı. Bu gün isə rusiyalı agentin yaşadığı yerdə huşsuz halda tapılması ilə bağlı məlumat yayılıb. 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş polkovnik, bir müddət İngiltərə üçün agent olaraq çalışan rusiyalı Sergey Skripal yaşadığı evində qızı ilə birgə huşsuz halda tapılıb.

Onların "sinir-iflic qazı”ndan huşunu itirdikləri təsdiqlənib.  

İddialara görə, ata və qızı zəhərlənib. Belə ki, agentin yaxın dostlarından biri onun qızı vasitəsilə içində zəhər olan içki göndərib. Belə ehtimal olunur ki, ikili yemək yeyib içdikdən sonra huşunu itirib.

Qeyd edək ki, keçmiş polkovniklə qızı Yuliyanln vəziyyəti ağır olaraq qalır. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR