Keçmiş bələdiyyə sədri cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi - FOTO

Keçmiş bələdiyyə sədri cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi - FOTO
Salyan rayonunun Kürqaraqaşlı bələdiyyəsinin həbsdə olan keçmiş sədri Rövşən Hüseynov 2 saylı cəza evində ağır xəstəlikdən dünyasını dəyişib.

Sfera.az Virtualaz.org saytınıdan aldığı məlumata görə, 49 yaşlı Rövşən Hüseynov 2015-ci  ildə məhkəmənin hökmü ilə  8,5 il  müddətinə azadlıqdan məhrum edilmişdi. O, ağır şəkər xəstəsi olduğundan böyrək çatışmazlığından əziyyət çəkirdi.

Mərhum bu gün yaşadığı Kürqaraqaşlı kəndində torpağa tapşırılıb.

OXŞAR XƏBƏRLƏR