Səudiyyə Ərəbistanda qadınlardan gözlənilməz hərəkət

Səudiyyə Ərəbistanda qadınlardan gözlənilməz hərəkət
Səudiyyə Ərəbistanının Ciddə şəhərində, Dünya Qadınlar Günü ilə əlaqədar olaraq qaçış təşkil edilib. 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, şəhərin tarixi Balad rayonundan olan qadınlar qaçışda iştirak ediblər.
 
Onlar şalvara oxşayan geyimləri və saçlarını daha açıq bağlamaları ilə diqqət çəkiblər. Onların fotoşəkilləri Fransanın "AFP" xəbər agentliyi tərəfindən çəkilib.
 
Xatırladaq ki, şahzadə Məhəmmədin "elmli İslama dönəcəyik" deməsindən sonra ölkədə bir sıra islahatlar gündəmə gəlib, xüsusilə də qadın hüquqlarında bir sıra dəyişikliklər olub.

Nihat HÜSEYNZADƏ

OXŞAR XƏBƏRLƏR