Mingəçevirdə 100 min manatlıq oğurluq

Mingəçevirdə 100 min manatlıq oğurluq
Mingəçevir şəhərində törədilən oğurluq hadisəsinin üstü açılıb, qızıl mağazasından böyük məbləğdə əşyalar oğurlayan şəxs saxlanılıb.

Sfera.az APA-ya istinadən bildirir ki, Mingəçevir şəhər sakini Adil Yusifov ötən il oktyabrın 25-də Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək ona məxsus mağazadan günorta saatlarında ümumi dəyəri 100 min manat olan qızıl-zinət əşyaların oğurlanması barədə müraciət edib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs, əvvəllər məhkum olunmuş Mingəçevir sakini Elnur Mahmudov Bakının Səbail rayonunda saxlanılıb. Onun kirayə yaşadığı evə baxış keçirilən zaman oradan qızıl əşyalar və onların bir hissəsini sataraq əldə etdiyi 4 min manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
 


OXŞAR XƏBƏRLƏR