Sürüşmə ərazisində vəziyyət nə yerdədir? - AÇIQLAMA
Hadisə
12:48 / 09.03.2018
3186
"Hazırda sürüşmə ərazilərində, xüsusən də Bayıl yamacında aktivlik müşahidə edilmir. Həmin əraziyə baxış keçirilib, dinamikada dəyişiklik qeydə alınmayıb”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
R.Həsənovun sözlərinə görə Nübar qəsəbəsinin "Atyalı” adlanan ərazisi və "Zəligölü” ərazisində də sürüşmə prosesinin dinamikasında aktivlik qeydə alınmaması o demək deyil ki, artıq əhali evlərinə qayıda bilər:
"Ərazidə vəziyyət gərgin olaraq qalır. Bir neçə həftə ərzində aktivləşmə, çatların ölçülərində dəyişiklik nəzərə çarpmaya bilər. Ola bilsin ki, üzdə görünməyən, yerin dərin qatlarında proses davam edir. Bu prosesin də nəticəsi bir müddət sonra özünü göstərə bilər”.
R.Həsənovun sözlərinə görə hazırda Masazır qəsəbəsi və Zığda nisbi aktivlik qeydə alınıb.
Nigar Məhərrəm
Sfera.az