129 illik tarixə malik futbol klubu 1 avroya satılır

İdman
18:18 / 08.03.2018
3142
İspaniyanın "Rekrativo” klubu müflis elan edilib. Bu barədə "AS” nəşri xəbər yayıb.
Sfera.az bildirir ki, xəbərdə Uelva şəhərinin bələdiyyəsi klubun bütün borclarını ödəməyi öhdəliyinə götürdüyü deyilir. Belə olan halda isə "Eurosamop” şirkəti klubu 1 avro rəmzi məbləğə satın alacaq.
Maraqlıdır ki, "Rekreativo” İspaniyanın ən qədim klubudur. Bu komanda 1889-cu ildə - "Barselona”dan 10, "Real”dan isə 13 il əvvəl yaradılıb.