“Porsche” uçan avtomobil buraxacaq

“Porsche” uçan avtomobil buraxacaq
Almaniyanın məşhur "Porsche” avtomobil konserni hava yolu ilə insanların daşınması üçün pilotsuz aparatlar istehsal etməyi nəzərdən keçirir.

Bunu şirkətin satış üzrə direktoru Detlev fon Platen "Automobilwoche” dərgisinə müsahibəsində deyib.

Top menecer bildirib ki, bu tip dronlarla şirkətin baş ofisinin yerləşdiyi Ştutqartın Zuffenhauzen rayonundan şəhərin hava limanına 3,5 dəqiqəyə getmək olar. Hazırda isə avtomobillə bu yolu 30 dəqiqəyə getmək olur.

Artıq şirkət yaxın vaxtlarda yeni nəqliyyat vasitəsinin eskizlərini təqdim edəcək. Söhbət sərnişinlərin sərbəst idarə edə biləcəyi dronlardan gedir.

"”Porsche” avtomobilini siz özünüz idarə edirsiniz. Dronları da idarə edə bilərsiniz, özü də pilot lisenziyası lazım olmadan. Çünki aparat özü bir çox şeyi müstəqil yerinə yetirəcək”, – deyə Detlev fon Platen söyləyib. O, bu cür hava taksilərinin əhalinin sıx yaşadığı yerlərdə istifadəsini də mümkün sayıb.
 
 lent.az

OXŞAR XƏBƏRLƏR

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...