Draksler “PSJ”-yə görə məyusdur

İdman
11:24 / 08.03.2018
2784
"PSJ”-nin
alman əsilli müdafiəçisi Yulian Draksler
komandasının Çempionlar Liqasında çıxışını dayandırmasını şərh edib.
Sfera.az "Football Espana” nəşrinə istinadən
xəbər verir ki, ulduz futbolçu madridlilərə
məğlubiyyətdən məyus olduğunu bildirib. Xatırladaq ki, "PSJ” öz meydanında
"Real”-a 1:2 uduzub.
Draksler ” Klub yeni oyunçulara 400 milyon avro xərcləyib,
hamıya da demişdik ki, tezliklə Çempionlar Liqasını qazanacağıq. Ancaq 1/8 –da mübarizəni
dayandırdıq. Görünür finalı hələ haqq etməmişik.” deyib.
Xatırladaq ki, madridlilərlə oyunda fransızlar meydana Neymarsız çıxmışdı.