Bu dərmanlar sağaltmır, əksinə...- Həkimlər ŞOK SİYAHI yaydı

Bu dərmanlar sağaltmır, əksinə...- Həkimlər ŞOK SİYAHI yaydı
Həkimlər heç bir müalicəvi əhəmiyyəti olmayan, heç nəyi sağaltmayan dərmanların siyahısını yayıb.

Gözlənilməz siyahı Rusiyanın "prelestno24.ru” saytında yerləşdirilib.

Siyahıda aşağıdakı preparatların adı yer alıb:

1. "Arbidol”. Başqa adları "Arpetolid”, "Arpeflyu”, "Arpetol”, "İmmustat”. Sovet buraxılışı 1974-cü ilə aiddir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınmayıb. Preparatın kliniki sınağı ancaq MDB və Çində keçirilib. Müxtəlif xəstəliklər, o cümlədən qripin müalicəsində istifadə edilir, ancaq effekttivliyi təsdiqlənməyib.

2. "Essensial”. Digər adları "Essensial forte”,"Essensial N”, "Essensial forte N”. Böyrəkləri qorumaq üçün ən populyar preparatlardan biridir. Ancaq həkimlər iddia edir ki, əslində belə deyil. Elmi araşdırmalar onun effektivliyini təqdiqləməyib. Əvəzində mənfi təsiri aşkarlanıb. Xüsusilə də hepatitlərdə, o, iltihabı daha da sürətləndirə bilirmiş.


3. Probiotiklər. Bu qəbildən ən çox tanınan preparatlar "Xilak forte, "Asilakt, "Bifiliz", "Laktobakterin", "Bifiform", Enterol"dur. Məlumatlara görə, bu dərmanlar nəinki sağaltmır, hətta tərkibindəki mikroorqanizmlər canlı da deyil. Belə ki, qablaşdırma xeyirli bakteriyaları 99 faiz məhv edir. Avropa və Amerikada probiotiklər təyin edilmir. 

4. "Mezim fotre”. Başqa adları "Festal", "Enzistal", "Biozim", "Vestal", "Kreon", "Panzim, "Penzital", "Uni-festal". Bu dərmanların mədə ağrısında yararlı olduğu deyilsə də, diabet və yırtıqda heç bir faydası yoxdur.

5. "Korvalol”. Başqa adları ilə "Valokardin", "Valoderdin". Artıq dozada istifadəsi əsəbi reaksiyalar doğura bilər, hətta yaddaşın, nitqin itirilməsinə səbəb olar. Məhz bu səbəbdən ABŞ-a, Birləşmiş Ərəb Əmirliklərinə, bir çox Avropa ölkələrinə aparılması qadağandır.

6. "Pirasetam”. Başqa adları ilə "Lusetam", "Memotropil", "Nootropil", Piratropil". Əsasən, MDB məkanında istifadədədir. Effektivliyi sübut edilməyib, ancaq yan təsirləri çoxdur. Bir çox inkişaf etmiş ölkələrdə qeydiyyata alınmayıb.

7. "Sinnarizin”. "Digər adları ilə "Stuqeron", "Stuqezin". Hazırda əsasən, Banqladeşdə istehsal edilir. Qərbdə qadağandır. Üstəlik hələ 30 il əvvəldən. Səbəb əks- təsirlərinin həddən artıq çox olmasıdır. İlk növbədə "Parkinson” xəstəliyinin kəskin formasını yarada bilər.

8. "Validol”. Digər adları ilə "Valofin", "Mentoval". Çox köhnəlib. Üstəlik effektivliyi də yoxdur. Ürək problemlərində ona qətiyyən etibar etməyin. O, sizə heç nə verməyəcək, əvəzində infarktda hər dəqiqəni hesaba almaq lazımdır. (cebhe.info)

OXŞAR XƏBƏRLƏR

İki çox nadir patologiyası olan körpə: Oxşar hallar dünyada yoxdur

Yeddi aylıq Mariçkaya iki nadir - Rubinşteyn-Taybi və Abernetti sindromu diaqnozu qoyulub ki, bu da çox qeyri-adi birləşmədir. Sfera.az bildirir ki, bu anada...

Yeni il günü göyərtəsində elit turistlərin olduğu yaxta qəzaya uğrayaraq batdı

Turistlərin olduğu dəbdəbəli “Amore Mio” yaxtası Yeni il üçün dənizə ekskursiya zamanı qayalara çırpılaraq batıb. Gəminin La Quebrada (Akapulko, Mek...

Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir

Fransızların 60%-dən çoxu ölkə prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Fransanın “Le Figaro”...

Sürücülərin NƏZƏRİNƏ: Avtomobil təkəri alarkən… - VİDEO

Hər təkərin təhlükəsiz istifadə oluna biləcəyi maksimal sürət var. Bu, təkərin yan divarında hərflərlə göstərilir. Sfera.az xəbər verir ki, ustalar he...

Ərinin ölümünə görə müğənniyə cinayət işi açıldı

Latviya İstintaq Komitəsi Yanis Timmanın ölümü ilə bağlı cinayət işi açıb.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, basketbolçunun do...

Bu ölkədə bir həftədə 55 zəlzələ oldu

Efiopiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.  ...