Şəhər meri pişik əvəzinə yeniyetməni güllələdi
Dünya
23:56 / 07.03.2018
5013
Fransa polisi yenitməyə atəş açıb yaralamaqda şübhəli bilinən yüksək vəzifəli şəxsi həbs edib.
Sfera.az "Charente Libre” nəşrinə istinadən xəbər verir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Fransanın cənub-qərbində yerləşən Malavil şəhərinin meri Erik Lambert Anqulem şəhərindəki evinin həyətində silahla gəzişirmiş. Mer son həftədə onun həyətindəki toyuq hininə basqın edən küçə pişiyini izləyirmiş.
Həyətində pusqu quran Erik Lambert nəhayət pişiyin hinə yaxınlaşdığını görüb və atəş açıb.
Ancaq güllə yan keçib, pişik qaçıb. Əvəzində rikoşet verən güllə yaxınlıqda məktəb avtobusu gözləyən yeniyetməyə dəyib.
Başından güllə alan məktəbli Bordo xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti kafidir.
Merə qarşı sağlamlığa ehtiyyatsızlıqdan zərər vermə və heyvanlarla qəddar davranma maddələri ilə ittiham irəli sürülüb.
İlqar