Zaminə buraxılan MTN rəsmisi yenidən həbs edildi

Zaminə buraxılan MTN rəsmisi yenidən həbs edildi
Sahib Ələkbərov barəsində qətimkan tədbiri dəyişdirilib
Milli Təhlükəsizlik Nazirliyinin Baş istintaq İdarəsinin sabiq rəis müavini, ev dustaqlığında olan Sahib Ələkbərov barədə qətimkan tədbiri dəyişdirilib. O, Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs olunaraq Bakı İstintaq Təcridxanasına aparılıb. 
Etibarlı mənbədən Bizimyol.info-ya daxil olan məlumata görə, S.Ələkbərov təxminən iki ay əvvəl həbs edilib. Mənbə onun Göyçaydan olan bir iş adamını narkotik maddə ilə həbs edərək 200 min manat aldığını bildirib. Həmin şəxs isə «Aznar» ASC-nin prezidenti, milyarder iş adamı Fərhad Əhmədovun yaxın qohumu olub. F.Əhmədov müdaxilə etməyə cəhd göstərsə də də onu dinləməyiblər. Nəticədə o, hakimiyyətdəki əlaqələrindən istifadə edərək hadisəni ölkə başçısına çatdıra bilib. Bundan dərhal sonra Sahib Ələkbərov həbs edilib.
Mənbənin məlumatına görə ötən ay S.Ələkbərov məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Bu yaxınlarda onun işi ilə bağlı proses başlayacaq.
Mətbuatda bu barədə məlumat dərc olunduqdan sonra S.Ələkbərov təcridxanaya qaytarılıb. 
Sfera.az

OXŞAR XƏBƏRLƏR