Elşad Miri \"Ətağa\"nın şəklini alanlar haqda: \"Allah insana ağıl verib, işlətsinlər”

Elşad Miri \
İnsanların inancından istifadə etmək tarixin bütün dövlərində bir sıra insanlar tərəfindən həyata keçirilib və asan pul qazanmaq yolu kimi görünüb. Əslində bu biraz da inanclı insanların inancları barəsində bir o qədər də məlumat sahibi olmamalarından irəli gəlib. Çünki dələduzların biznesinin genişlənməsinə imkan yaradan da elə həmin inanclıların qorxularıdır. Elə bu qorxudur ki, illərdir Bakı metrolarında və insanların sıx toplaşdığı digər bir sıra yerlərdə "Ətağa” kimi tanınan seyid MirMövsümün şəkilləri satılır. Əslində buna satılır da demək olmaz. Bu şəkillər insanların əllərinə demək olar ki, zorla soxuşdurulur, sonra isə ödəniş tələb edilir. Bəs bu cür fotoların satılmasının və həmin işlə məşğul olan adamların dində yeri varmı? Bir müsəlman bu cür hərəkətlərə yol verə bilərmi?
 
Bu barədə Sfera.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, bu cür adamlar insanlarn hisslərindən və inanclarından sui-istifadə edib pul qazanırlar:

"Bunun heç bir dini əhəmiyyəti yoxdur. Yəni kiminsə şəklini harasa qoymaq, haradasa satmaq dinə heç bir yardım etmir. Sadəcə indi dini biznes halına gətirənlər bundan istifadə edirlər. Görürlər ki, insanlar belə şeylərə inanir. İnanırsa, tələbat varsa, o da buna uyğun olaraq bir şəkli çox asanlıqla çoxaldaraq kiminsə əlinə zorla soxuşdurub pulunu alır. Həmin insan da düşünür ki, bunu qaytarsa, günah olar, doğru olmaz".
 
Elşad Miri bu problemin çox sadə həll yolunu da açıqlayıb:
 
"İnsanlar özlərində mövcud olan, o ağıl deyilən şeyi işlətsələr, heç bir problem olmaz. Allah insana ağıl verib, işlətsinlər”.
 
Nihat HÜSEYNZADƏ



OXŞAR XƏBƏRLƏR

7 nəfərin öldüyü qəzada nəqliyyat vasitələrinin buraxılış sənədləri olmayıb - RƏSMİ

Şəmkir rayonu ərazisində baş verən qəzada iştirak edən hər iki nəqliyyat vasitəsinin daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.   Sfer...

Pezeşkian ilk dəfə Ermənistanda – Səfərlə hansı mesajlar veriləcək?

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir. Səfər ABŞ-də gözlənilən Azərbaycan-Ermənistan rəhbərlərinin görüşündən sonra planlaşdırılı...

Bu qidalar xəstəlik mənbəyi imiş - XƏBƏRDARLIQ

Son illərdə sağlam həyat tərzinə üstünlük verənlərin tez-tez seçdiyi bəzi qidaların əslində orqanizmə zərər verə biləcəyi məlum olub.  Sfera.az xəbər ...

Azərbaycanda məktəblər 12 illik olacaq? - AÇIQLAMA

Son günlər ölkədə 12 illik təhsilə keçidlə bağlı geniş müzakirələr aparılır. Bu istiqamətdə müxtəlif fikirlər səsləndirilsə də, rəsmi qərar hələ açıqlanmayıb. ...

57 yaşlı kişi hündürlükdən yıxılıb öldü

Sumqayıtda 57 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.   Sfera.az-ın məlumata görə, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu şəhərin 4-cü mikror...

Amerika idxalını bahalaşdırır: Trampın yeni tarif planı

ABŞ Prezidenti Donald Trampın təsdiq etdiyi idxal rüsumları avqustun 7-də qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Trampın fikrincə, yeni tariflərin...