Manyak jurnalist 500 nəfəri zorlayıb - DƏHŞƏTLİ SİRR AÇILDI

Manyak jurnalist 500 nəfəri zorlayıb - DƏHŞƏTLİ SİRR AÇILDI
BBC telekanalının məşhur teleaparıcısı, mərhum Cimmi Sevil haqda Britaniya mətbuatında şok məlumatlar dərc olunub.
Məlum olub ki, Sevil seksual manyak imiş. 

Sfera.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, 500-dən artıq adam zorlayıb. Hətta ölülərlə belə cinsi əlaqədə olub.

Qeyd edək ki, Sevil Britaniyanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirmiş və klinikalar, xəstələr üçün xeyriyyə aksiyaları keçirirmiş.

Xeyriyyə aksiyalarının birində səhiyyə təşkilatları üçün 3,5 miyon funt sterlinq (6 milyon dollar) topladıqdan sonra bütün klinikaların qapıları Sevilin üzünə taybatay açılmışdı.

Manyak aparıcı 28 səhiyyə ocağında zorlama faktı törədib. Zorlananların arasında xəstələr də olub, həkimlər də.

Qurbanlarının yaşı da müxtəlif olub - 5 yaşdan 75 yaşadək.

Lisd xəstəxanasında zorladığı 16 yaşlı qız hamilə qalanda Sevil ona abort etdirməyi məsləhət görüb. Qıza məsləhət verib ki, buna icazə verməsələr, intihara cəhdi imitasiya edərək valideynlərini və həkimləri qorxuda bilər. Bu effekt verir. Həkim 16 yaşlı qızı abort edir. Ancaq həkim qızın atasına məsləhət də verir - "Get, Sevilin evinə, qanla divarda yaz ki, Cimmi, sən alçaqsan, murdarsan”.

Zorlananlardan bəziləri klinika administrasiyasına və valideynlərinə başlarına gələni danışıblar. Lakin tədbir görülmürdü. Xeyriyyəçi manyakın nüfuzu o qədər çox idi ki, heç kim ona qarşı getmək istəmirdi.
 
Sevil öz cinayətlərini 1962-2009-cu illər aralığında edib.
Cimmi Sevil 2011-ci ildə öz əcəli ilə ölməsəyd, indi Britaniya tarixinin ən hay-küylü məhkəmə prosesi keçiriləcəkdi.
Axı Sevilin qurbanlarının sayı nə az nə çox, düz 500 nəfərdir.


İlqar Atabəyli

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...