Bayılda SON VƏZİYYƏT - Yağış təhlükə yaradır?

Bayılda SON VƏZİYYƏT - Yağış təhlükə yaradır?
Yağışların yağması hər zaman sürüşmə ərazisində aktivliyi artırıb.
 
Maraqlıdır, hazırda Bayıl yamacında son vəziyyət necədir. Ərazidə sürüşmə prosesində dinamiklik artıbmı?

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Sfera.az-a açıqlamasında bu haqda danışıb: 

"Bayılda monitorinqlər aparılır. Bu gün həmin ərazidə dinamiklik müşahidə edilməyib. Yeni mayaklar quraşdırılıb. Referlər də quraşdırılıb. Bu referlər öncəkidən fərqli olaraq sputnik postuna qoşulub. Cüzi dəyişiklik belə bu yolla qeydə alınır. Buna əsasən deyə bilərik ki, prosesdə aktivlik qeydə alınmayıb. Lakin bu o demək deyil ki, ərazidə gərginlik yoxdur. Ərazidə geoloji proses davam edir”.  

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR