Dəm qazı yenə canlar aldı – Son bir həftənin STATİSTİKASI

Dəm qazı yenə canlar aldı – Son bir həftənin STATİSTİKASI
Son bir həftə ərzində 8 nəfər dəm qazından boğularaq dünyasını dəyişib.
 
Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Sfera.az-a açıqlamasında son bir həftənin statistikasını açıqlayıb:
 
"10 müraciətdə 6 xəstə daxil olub. Müalicə aldıqdan sonra hamısı evə buraxılıb. Ötən ay isə daxil olan xəstələrin sayı 24 olub”.

A.Maqsudovun sözlərinə görə, ötən ay sirkə turşusundan zəhərlənməylə bağlı 2, dərmandan zəhərlənməylə bağlı isə 6 müraciət daxil olub:

"Ötən ay dərmandan zəhərlənməylə bağlı müraciətlər də daxil olub. Bəlli olub ki, zəhərlənmə sakitləşdirici və ürək dərmanların düzgün qəbul edilməməsi nəticəsində baş verib”. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR