Sobçak yenə Jirinovskini əsəbləşdirdi :\"Burda kloun var\"

Sobçak yenə Jirinovskini əsəbləşdirdi :\
Seçkidə Rusiya prezidentliyinə namizədlər Kseniya Sobçaq və Vladimir Jirinovski debat zamanı yenidən tutaşıblar.
 
Sfera.az xəbər verir ki, budəfəki mübahisə "Rossiya-1” telekanalındakı debat zamanı olub.

Debatda söz alan Sobçak deyib ki, namizədlər debata həvəssiz gəlir, çünki burda kloun var:

"Adama hücum çəkir, söyür, sonra deyirlər niyə onun üstünə su atdın”.

Sobçakın sözlərindən hirslənən Jirinovski onun çıxışını tez-tez kəsib. Deyib ki, Sobçak kmilər heç vaxt işləməyib, səfil kimi yaşayıb, uşaq-muşağı seçkiyə qatmaq olmazdı.

Xatırladaq ki, əvvəlki debatda Jirinovski Sobçaka fahişə demişdi. Cavabında Sobçak onun üstünə stəkandakı suyu atmışdı.


 

OXŞAR XƏBƏRLƏR