O da Trampın komandasını tərk edir
Dünya
08:54 / 07.03.2018
1857
Donald Trampın administrasiyasında "yarpaq tökümü" davam edir. Bu dəfə ABŞ prezidentinin iqtisadiyyat üzrə müşaviri Qeri Kon yaxın zamanda istefaya gedəcəyini bildirib.
Sfera.az-ın "Rosbalt.ru"-ya istinadən verdiyi məlumata görə, Q.Kon Trampa və onun administrasiyasına gələcəkdə böyük uğurlar arzulayıb.
Xatırladaq ki, 2017-ci ilin yanvar ayında Trampın inauqurasiyasından sonra onun komandasını 10-dan artıq insan tərk edib.