6 dəqiqəyə 5 milyon dollar oğurladılar

00:12 / 07.03.2018
5535
Braziliyada silahlı banda "Lufthansa” kompaniyasına məxsus təyyarədən 5 milyon dollar oğurlayıb.
Sfera.az "Yahoo News” saytına istinadən xəbər verir ki, "Virakopos” aeroportunun yük terminalı olan ərazisinə "pikap” tipli avtomobildə 5 nəfər daxil olub.
Cinayətkarlar şübhə doğurmamaq üçün avtomobilə təhlükəsizlik şirkətinin emblemin vurublarmış.
Sonradan məum olub ki, onlar mühafizəçilərə silahla hədə-qorxu gəliblər.
Məlumata görə soyğunçular cinayətə cəmi 6 dəqiqə vaxt sərf ediblər.
Oğurlanan pullara görə məsuliyyəti "Brinks” şirkəti daşıyırmış. Bu şirkət pul və zinət əşyalarının daşınması ilə məşğul olur.
Cinayətkarları isti izlərlə həbs etmək mümkün olmayıb.