Alıcı adıyla telefon oğurlayıb qaçdılar - VİDEO/FOTO

Alıcı adıyla telefon oğurlayıb qaçdılar - VİDEO/FOTO
Bakıda vətəndaşların qiymətli mobil telefonlarını mənimsəyən dəstə üzvləri saxlanılıb.

Sfera.az ARB TV-yə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə paytaxt sakini Fərid Qəmbərli müraciət edərək bildirib ki, bir neçə gün əvvəl onlayn alış-veriş saytlarında özünə məxsus mobil telefonu satmaq istəməsi barədə elan yerləşdirib.

Daha sonra tanımadığı şəxs onunla əlaqə saxlayaraq, həmin telefonu almaq istədiyini bildiriblər. Yeni Günəşli qəsəbəsində görüşən zaman isə həmin şəxs və yanındakılar onun mobil telefonunu əlindən alaraq hadisə yerindən qaçıblar.

Bölmə əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən İmişli rayon sakinləri-əvvəllər məhkum olunmuş Elşən Nuriyev, Rüfət Həsənzadə və paytaxt sakini Samir Hacızadə saxlanılıblar.

Onların ətrafında həyata keçirilən əlavə tədbirlərlə saxlanılan şəxslərin eyni üsulla daha bir nəfərin mobil telefonunu oğurladıqları məlum olub. Dəstə üzvləri cinayətləri həyata keçirən zaman S.Hacızadənin avtomobilindən istifadə ediblər.

Elşən Nuriyev - saxlanılan şəxs: "Rüfət və Samirlə birlikdə telefon satan şəxsi Yeni Günəşliyə çağırdıq. Onların telefonunu götürüb oradan uzaqlaşdıq".

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Suraxanı Rayon Polis İdarəsi, eləcə də 33-cü Polis Bölməsinə müraciət edə bilərlər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
 
]

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...