Azərbaycanlı milyarder dünyanın ən varlı 100 adamı siyahısında
Dünya
18:45 / 06.03.2018
1631
Azərbaycan əsilli Rusiyalı iş adamı, "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov milyarderlərin ilk 100-lüyünə düşüb.
"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı "Forbes” nəşri yayıb.
Məlumata görə, TOP-100-də, ümumilikdə, 10 Rusiya vətəndaşı, o cümlədən Lisin, Mordaşov, Mixelson da yer alıb.
"Forbes”in açıqladığı 2018-ci ilin zənginləri reytinqinə ilk dəfə olaraq "Amazon” şirkətinin sahibi Cef Bezos (112 mlrd. dollar) liderlik edib. Onun uğuru "Amazon"un səhmlərinin ötən il təxminən 60% bahalaşması bağlıdır.
II yerdə "Microdoft” şirkətinin yaradıcısı Bill Qeyts (90 mlrd. dollar) qərarlaşıb. Onun sərvəti ötən il 4 mlrd. dollar artıb.
III yeri isə investor Uorren Baffet (84 mlrd. dollar) tutub. O, 2017-ci ildə sərvətini 8,4 mlrd. dollar artırıb.
2017-ci ilin sonuna dünyanın 20 ən varlı adamının sərvəti 1,2 trln. dollar təşkil edib. Dünyadakı 2 208 milyarderin məcmu sərvətinin 13%-i məhz bu 20 adamda cəmləşib. İlk 20-likdə 2 qadın - Alisa Uolton (58,5 mlrd. dollar) və Fransuaza Betankur-Mayers (42,2 mlrd. dollar) yer alıb.
Sfera.az