Balıqçının əl-ayağı 6 metrlik timsahın mədəsindən çıxdı - FOTOLAR

Balıqçının əl-ayağı 6 metrlik timsahın mədəsindən çıxdı - FOTOLAR
Barneo adasının sakini Andi Aso Ernanq evinin yaxınlığındakı çaya molyusk və balıq tutmağa gedib.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, səhər tezdən evdən çıxan kişi axşam evə qayıtmayıb.

Kənd sakinləri onun axtarışına çıxıb. Lakin axtarış nəticə verməyib.

Yalnız 2 gün sonra onun meyidinin parçalanmış hissələri tapılıb. Şübhələr hadisə yerindən az aralıda üzən 6 metrlik timsaha işarə edib.

Yırtıcı İndoneziya polisi tərəfindən güllələnib. Onun qarnı yırtılıb və zavallı Andinin əl-ayağı timsahın mədəsindən çıxıb.
 




OXŞAR XƏBƏRLƏR