Azərbaycanda satılan qoz-fındıq qorxulu XƏSTƏLİK VAR

Azərbaycanda satılan qoz-fındıq qorxulu XƏSTƏLİK VAR
Azərbaycanda bazarlarda satılan qoz-fındığın tərkibində qaraciyər serrozu yaradan toksiki maddə var

Novruz bayramı ərəfəsində əhali bayram süfrəsi və şirniyyatlar üçün qoz, fındıq, badam almaq üçün bazarlara üz tutur. Qız-fındıq, ləpənin qiyməti cibimizə uyğun olmasa da Novruza xatir bu ərzaqlardan az da olsa almağa çalışırıq.

Sfera.az bildirir ki, Azərbaycanda satılan qız-fındıqla bağlı əhali arasında müxtəlif məlumatlar yayılıb. İddialara görə, qoz və fındıqdan daha çox gəlir götürmək üçün istehsalçılar uzun illərdir ki, bir üsula əl atırlar. Belə ki, qız-fındığı yığandan sonra satışa verməzdən əvvəl uzun müddət nəm yerdə saxlayır, qurutmur, düzgün şəraitdə saxlamırlar. Nəticədə nəm ləpə çəkidə daha ağır gəlir və alıcını aldatmaqla bir kq qoz-fındıqdan daha çox gəlir əldə olunur.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu faktı BakuPost-a təsdiqləyib.
 
Bildirib ki, 4 il əvvəl məhz bu səbəbdən Avropa tonlarla Azərbaycan qozunu geri qaytarıb:
 
"Çox təəssüf ki, bu məlumat doğrudur. Bizim sahibkarlar çox qazansınlar deyə milləti düşünmür. Yadımdadır, 4 il bundan əvvəl tonlarla Azərbaycan qoz-fındığını Avropaya buraxmadılar. Səbəb tərkibinin zərərli olması idi. Qoz-fındığımızın tərkibində aflotoksin adlı maddə çox idi. Aflotoksin çox zərərli göbələk növüdür”.

E. Hüseynov maraqlı bir məqama da diqqət çəkib:
 
"Sual edirəm ki, Avropanın qəbul etməyib geri qaytardığı o qoz-fındıq necə oldu? Təbii ki, burada əhaliyə satıldı. Aflotoksin göbələyi ilə zəhərli qoz-fındıq və çərəzlər günü bu gün də bazarlardadır. Novruz bayramı ərəfəsində satışa çıxarılan bu qoz-fındığı yoxlayan qurum yoxdur. Azad bazar iqtisadiyyatıdır, istər kəndlisi, istər sahibkarı malını istədiyi kimi satır. Bazarlarda laborarotiya yoxdur”.

"Bəs şirniyyatları bişirərkən və yeyərkən bu zərərli maddədən necə qorunmaq olar” sualına mütəxxəsis belə cavab verib:
 
"Düşünürəm ki, qabıqlı qoz-fındıq və ləpəni alandan sonra qurutmaq artıq bir fayda verməz. Məsləhətlisi odur ki, ləpəni şirniyyatlarda istifadə etməzdən əvvəl yüksək temperaturda qovursunlar və qovrulmuş halda da yesinlər”


OXŞAR XƏBƏRLƏR

İki çox nadir patologiyası olan körpə: Oxşar hallar dünyada yoxdur

Yeddi aylıq Mariçkaya iki nadir - Rubinşteyn-Taybi və Abernetti sindromu diaqnozu qoyulub ki, bu da çox qeyri-adi birləşmədir. Sfera.az bildirir ki, bu anada...

Yeni il günü göyərtəsində elit turistlərin olduğu yaxta qəzaya uğrayaraq batdı

Turistlərin olduğu dəbdəbəli “Amore Mio” yaxtası Yeni il üçün dənizə ekskursiya zamanı qayalara çırpılaraq batıb. Gəminin La Quebrada (Akapulko, Mek...

Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir

Fransızların 60%-dən çoxu ölkə prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Fransanın “Le Figaro”...

Sürücülərin NƏZƏRİNƏ: Avtomobil təkəri alarkən… - VİDEO

Hər təkərin təhlükəsiz istifadə oluna biləcəyi maksimal sürət var. Bu, təkərin yan divarında hərflərlə göstərilir. Sfera.az xəbər verir ki, ustalar he...

Ərinin ölümünə görə müğənniyə cinayət işi açıldı

Latviya İstintaq Komitəsi Yanis Timmanın ölümü ilə bağlı cinayət işi açıb.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, basketbolçunun do...

Bu ölkədə bir həftədə 55 zəlzələ oldu

Efiopiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.  ...