Rus general: "Müharibə başlasa “DQR”-ə kömək etməyəcəyik”

Rus general:
"Dağlıq Qarabağ KTMT üzvü deyil, müharibə başlayacağı təqdirdə təşkilat tərəfindən heç bir dəstək olmayacaq”.

Sfera.az "Novosti-Armeniya” saytına istinadən xəbər verir ki, bu sözləri KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov deyib.

"KTMT üzvü olan ölkələr üçün başlıca hərbi təhdidlər” mövzusunda keçirilən telekörpü zamanı general bildirib ki, KTMT kollektiv müdafiə barədə müqaviləni Ermənistanla bağlayıb:

"Ermənistan vətəndaşları əmin olmalıdırlar ki, lazım olan zamanda KTMT onları darda qoymayacaq”.

General-polkovnik əlavə edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlər o dərəcədə gərgindir ki, tərəflər bir-birlərinin paytaxtlarını işğal etməklə hədələyir. General xüsusi vurğulayıb ki, KTMT bloka üzv olan bu və ya digər ölkənin cəlb olunduğu hərbi münaqişəyə qarışmaq səlahiyyətində deyil. Bunun üçün kömək barədə müraciət olmalıdır.
 
İlqar

OXŞAR XƏBƏRLƏR