Ərdoğandan ABŞ-ın sanksiya təhdidinə CAVAB

Ərdoğandan ABŞ-ın sanksiya təhdidinə CAVAB
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AKP-nin (Ədalət və İnkişaf Partiyasının) qrup toplantısında ABŞ-ın sanksiya təhdidlərinə münasibət bildirib.

 
Sfera.az "NTV"-yə istinadən bildirir ki, prezident ABŞ-ın Suriya addımlarının səhv olduğunu deyib, həmçinin ənənəvi sanksiya təhdidlərinin Türkiyə üçün heç nə ifadə etmədiyini bildirib:
 
"ABŞ-ın Suriyada seçimi səhv olmasaydı, bu gün reallıq fərqli ola bilərdi. Türkiyənin terror təşkilatları ilə mübarizəsini, S-400 almasını tənqid edənlər özlərinə baxsınlar. Yunanıstanın S-300-ləri var, Rusiyadan alıb. Buna səs çıxaran yoxdur. Ancaq Türkiyənin Rusiyadan S-400 alması ABŞ-ı narahat edir. Ölkəmizə sanksiya tətbiq edə biləcəklərini bəyan edirlər. Bu, ənənəvi və yanlış yanaşmadır. Türkiyə üçün keçərli deyil”.
 
Ərdoğan Avropaya qarşı da sərt tənqidlər səsləndirib. O, Avropanın vədlərinə əməl etmədiyini deyib: 

"Avropa vədlərinə əməl etsəydi, bu gün Türkiyə Avropa İttifaqının üzvü kimi öz yerini tutmuş olardı".
 
Lalə Nəsirova


OXŞAR XƏBƏRLƏR

DTX və DSX birgə əməliyyat keçirdi: Narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.   Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaç...

İmişlidə güclü yanğın – ANBAAN VİDEO

İmişli rayonunun Hacıalmuradlı kəndində güclü yanğın hadisəsi baş verib.    Sfera.az xəbər verir ki, axşam saatlarında kənd sakini R. Əbişovaya ...