81 yaşlı kişi 13 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etdi - Bakıda

81 yaşlı kişi 13 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etdi - Bakıda
Bakının Binəqədi rayonunda ağlasığmaz seksual təcavüz baş verib.
 
Belə ki, təcavüzü törətməkdə günahlandırılan şəxsin 81, onun qurbanı olan qızın isə 13 yaşı var.
 
Sfera.az bildirir ki, bu barədə Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, hadisə martın 5-i saat 16:00 radələrində, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroy detal küçəsində yerləşən 52 saylı evin qarşısında baş verib.

Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü Kamil Hacıyev 2005-ci il təvəllüdlü N.M.-ya qarşı seksual xarakterli hərəkətlər edib. Təcavüz faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlayıb. Faktla bağlı Binəqədi rayon prokurorluğu araşdırma aparır.(sputnik)

OXŞAR XƏBƏRLƏR