Kəşmirdə ara qarışdı: 6 müsəlman öldürüldü

Kəşmirdə ara qarışdı: 6 müsəlman öldürüldü
Hindistanın Kəşmir vilayətində yenidən ara qarışıb.

Sfera.az "Əl Cəzirə”-yə istinadən xəbər verir ki, on minlərlə adam küçələrə çıxaraq etiraz ediblər. Kütləvi etirazlara səbəb Hindistan xüsusi xidmət orqanları tərəfindən 6 nəfərin qətlə yetirilməsidir.

Öldürülənlərdən 4 nəfər dinc vətəndaş olub, iki nəfər isə terrorçularla əlaqədə şübhəli bilinib.

Polis mitinqçilərə qarşı bibər qazından istifadə edilib. Ara-sıra atəş səsləri eşidilib. Mitinqçilər arasında tələfat olması haqda xəbər verilmir.

Hökumət qüvvələri vilayəti mühasirəyə alıb, məktəblər bağlanıb, internetə giriş məhdudlaşdırılıb.

Xatırladaq ki, Kəşmirin əsas əhalisi müsəlmandır və Pakistanla birləşmək istədiklərin gizlətmirlər.

OXŞAR XƏBƏRLƏR