Bakıda "su qiymətinə" maşın satılacaq - SİYAHI
Avtomobil hərracı keçiriləcək.
Noyabrın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək.XezerXeber.com ƏMDK-ya istinadən yaydığı məlumata görə, buraxılış ili 2000-ci ildən 2007-ci ilə qədər olan 9 avtonəqliyyat vasitəsi çıxarılacaq. Minik maşınlarının qiyməti 1762 manatdan 9582 manata qədər dəyişir.
Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər, Azərbaycan Mərkəzi Bankındakı AZ65NABZ01361150000000004944 nömrəli hesaba beh ödəməlidir. Daha sonra ödəniş qəbzini şəxsiyyət vəsiqəsi ilə birlikdə noyabrın 14-nə qədər hərrac komissiyasına təqdim etmək lazımdır. HTAM Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 11a ünvanında yerləşir.