Dayə iki körpə uşağı doğradı - FOTOLAR

Dayə iki körpə uşağı doğradı - FOTOLAR
Ona iş verən varlı xanıma qibtə edən 55 yaşlı dayə onun iki körpəsini öldürüb.

Sfera.az "Mirrior” nəşrinə istinadən xəbər verir ki, dayə Yoselin Orteqa iki il Marina Krimin evində çalışıb.

Çalışdığı müddətdə evin xanımına həsədlə baxıb. Axı o heç vaxt Marina kimi ana ola bilməyəcəkdi. Yeganə övladının 17 yaşı vardı, özü ilə bərabər Dominikan Respublikasından Nyu-Yorka gətirmişdi. Ancaq təhsil almağı üçün pul çatdıra bilmirdi.

Marina ona əlavə iş tapmağı məsləhət görəndə lap hirslənmiş, qəzəb ağlını başından almışdı. Buna görə də, xanım evdə olmayanda körpələri hamama salır. 6 yaşlı Lyusiya balaca əlləri ilə müqavimət göstərmək istəsə də, bu manyak qadına mane ola bilmir. Daha sonra  Lyusiyanın bədənində 30-dək bıçaq izi aşkarlanır.
 
2 yaşlı Leo isə 5 bıçaq zərbəsi ilə keçinir. Pis nələrinsə olduğunu hiss edən ana dəbdəbəli mənzlinə qayıdanda uşaqları otaqda tapmır. Hamama girdikdə balalarının qan içində olduğunu görür.

O dəhşətlə çığırıb küçəyə qaçır. Dayə həbs olunur. Lakin o özünün psixi xəstə olduğunu və bu səbəbdən bilməyərəkdən cinayət törətdiyini deyir.

İlqar Atabəyli
 



OXŞAR XƏBƏRLƏR