Narkoloji mərkəzdəki yanğınla bağlı daha bir İDDİA: "Əxi"lər xəstələri...

Narkoloji mərkəzdəki yanğınla bağlı daha bir İDDİA:
Martın 2-nə keçən gecə Respublika Narkoloji Dispanserində rəsmi məlumatlara görə, 25 nəfərin həyatına son qoymuş dəhşətli yanğın baş verdi. Səhərə yaxın başlamış yanğında insanlar diri-diri yandılar.

Faciəvi hadisə yerindən fotoşəkillər: tamamilə yanmış bədənlər, çəkdiyi işgəncədən qıvrılmış cəsədlər. Yanğın faktı üzrə cinayət işi açılıb, istintaqın məlumatına görə, yanğının səbəbi ilə bağlı əsas versiya qısa qapanma və ya söndürülməmiş siqaret olub.
 
İnsanlar isə hadisə ilə bağlı öz versiyalarını irəli sürməyə başlayıblar. Hətta dispanserin yerləşdiyi yerin tikinti şirkətləri üçün "dadlı tikə" olduğunu deyənlər də tapılıb.
 
Sfera.az bildirir ki, sosial şəbəkələrdə iddialar səngimir. 

İddia edilir ki, narkoloji dispanserdə işləyən tibbi personalın çoxu vəhhabi təriqətinə məxsus dindarlar olub və guya onlar xəstələri çarpayıya bağlayıb.
 
Bildiyiniz kimi, meyxanaçı Aydın Xırdalanlının Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalması barədə məlumat yayılıb.  Bildirilir ki, Aydın həmin mərkəzdə müalicə olunub və həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün dispanserdən çıxıb, gec olduğu üçün ora qayıtmayıb. 2-3 il əvvəl meyxanaçının həmin dispanserdə vəhhabilərlə mübahisəsinin videosu bu mülahizələrə əsas verir.
 
İlqar 

Həmin videonu təqdim edirik:



OXŞAR XƏBƏRLƏR