Daşnaklar baş nazir postunda Serj Sarkisyanı görür

Daşnaklar baş nazir postunda Serj Sarkisyanı  görür
Bu il aprelin 9-da Serj Sarkisyanın Ermənistan prezidenti postunda səlahiyyət müddəti başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, hökuməti parlamentdə səs çoxluğuna sahib partiya quracaq. İcra hakimiyyətinə isə baş nazir rəhbərlik edəcək.

Sfera.az xəbər verir ki, ölkədə prezident seçkisi yekunlaşdı, parlamentdə keçirilən formal səsvermədə Armen Sarkisyan qalib gəldi
Bəs baş nazir kim olacaq?

Ermənistanda və ətraf ölkələrdə belə bir qənaət var ki, Serj Sarkisyan aprelin 9-dan sonra baş nazir kürsüsündə əyləşəcək. Bəzi rəsmi açıqlamalar da buna işarə edir.
 
2017-ci ilin martında Serj Sarkisyan bəyan edib ki, 2018-ci ildə hər hansı bir statusda xalqın təhlükəsizliyi işində rol ala bilər:
 
"Mən bilmirəm bu nə status olacaq. Amma hər hansı bir statusda gərəkli ola biləcəyim dəqiqdir”.

Hakim Respublika Partiyasının mətbuat katibi, parlament sədrinin müavini Eduard Şarmazanov ötən ilin oktyabrında deyib ki, Serj Sarkisyan komandanın şəksiz lideridir:
 
"Biz respublikaçılar üçün bir lider var. 2018-ci ildən sonra da Serj Sarkisyan bizim liderimiz olaraq qalacaq. Hansı statusda? Bunu prezident partiya ilə müzakirə edəcək və 2018-ci ilin aprelindən sonra qərarımızı açıqlayacağıq”.

Hazırda Ermənistan parlamentinin 105 deputatı var. 58 mandatı olan Respublika Partiyası hökuməti 7 mandatı olan Daşnaksütun Partiyası ilə birgə qurub.
Bu gün parlamentdə Daşnaksütün fraksiyasına rəhbərlik edən Armen Rüstəmyan jurnalistlər qarşısında brifinq keçirib.

O deyib ki, 9 apreldən sonra  yeni hökuməti formalaşacaq.
 
Rüstəmyan hazırki prezidentin baş nazir postuna namizəd sürüləcəyini istisna etməyib:

"Siyasətdə heç nəyi istisna etmək olmaz, burda hər şey mümkündür."
 
İlqar

OXŞAR XƏBƏRLƏR

"Bu illərdə dünya ilə əlaqəyə keçəcəklər, məxfi sənədlər açılacaq və..." - MARAQLI PROQNOZLAR

Uzun illərdir ki, yadplanetlilər və dünya ilə onların əlaqələri barədə müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə öncəgörənlərin, kahinlərin bununla bağlı...

İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edildi

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-i "Aeroflot...

Əsgərimiz vəfat etdi

Azərbaycan Ordusunun əsgəri vəfat edib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 2...

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

 “Karabakh-Pakistan” şirkəti ilə  Pakistanın ən böyük iqtisadiyyatına malik olan və milli ÜDM-ə ən çox töhfə verən Pəncab əyalətinin Sənay...

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ - FOTOLAR

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələri...

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...