13 gün sonra hər kəsi şoka salan ETİRAF: İnfarktdan öldüyü deyilən uşağın qatili öz atası imiş - VİDEO
Hadisə
13:19 / 05.03.2018
3937
Balıkesirdə 13 gün öncə infarktdan öldüyü deyilən 4 yaşlı uşağın qatili tapılıb.
Sfera.az "Haberler"ə istinadən bildirir ki, Kuzey Efe adlı azyaşlının öz doğma atası Hüseyn E. (24) tərəfindən boğularaq öldürüldüyü ortaya çıxıb.
Cinayəti etiraf edən "ata"nın sözlərinə görə, onun bu addımı atmasına səbəb oğlunun nadincliyi və səs-küy salması olub.
Qeyd edək ki, qatil ata hadisədən 13 gün sonra polisə təslim olub.
Kuzey Efenin anası Melis Efe isə 4 aylıq körpəsini götürərək ata evinə qayıdıb. O, qatil ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.
Lalə Nəsirova