Baş leytenant həbs olundu: 4 il cəza çəkəcək

Baş leytenant həbs olundu: 4 il cəza çəkəcək
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Nicat Əliyev dörd il azadlıqdan məhrum edilib.
 
Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

Sfera.az gununsesi.info-ya istinadən xəbər verir ki, baş leytenant oğurluqda təqsirləndirilir. 27 yaşlı Nicat Əliyev Bakıdakı bir çox evlərdən, obyektlərdən oğurluq ittihamı ilə məhkəmə qarşısına daha beş nəfərlə birlikdə çıxarılıb. Digər təqsirləndirilən şəxslərdən Orxan Quliyev 5 il, Təhməz Əsgərov, Rişan Bayramov və Camal Heydərovun hər biri 4 il, Cavid İsazadə isə 1 il 6 ay azadlıqdan məhrum edilib. Cavid İsazadə oğurluqda yox, qarət olunmuş əşyaları almaqda təqsirləndirilir. O, istintaq və məhkəmə dövründə ev dustaqlığında olub. Martın 5-də hökmün elanından sonra məhkəmə zalında həbs edilib.

Təqsirləndirilənlər arasında FHN əməkdaşı olduğu kimi, zərərçəkmişlər arasında da dövlət qulluqçuları var. Məsələn, evindən 215 manatlıq bijuteriya və 200 manat pul oğurlanmış Vüqar Əliyev Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsində bölmə rəisidir.

Həyət evindən 17 min 526 manatlıq qızıl oğurlanmış Mərahim Ələkbərov "Azəravtoyol” ASC-nin Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, mənzilindən 2 min 500 manat dəyərində məişət avadanlıqları qarət olunmuş Mübariz Qəhrəmanov isə "Tirmə” firmasının direktorudur. Heydər Əliyev adına liseydə ingilis dilini tədris edən Ayna Sadıqovanın evindən 21 min 343 manatlıq, "Azəriqazbank”ın əməkdaşı Azad Əliyevin evindən isə 12 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Təqsirləndirilən baş leytenant istintaqa ifadəsində özünü qismən təqsirli bilib. Müəyyən oğurluq epizodlarında iştirakını təsdiqləsə də, oğurlanmış pulun miqdarı və əşyaların dəyəri məsələsində razılaşmır. Onun sözlərinə görə, pulların məbləği və əşyaların dəyəri çox şişirdilib.
 

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...