Erməni ekspertdən İDDİA: “1915-ci il məsələsi Gürcüstan Parlamentində səslənəcək”

Erməni ekspertdən İDDİA: “1915-ci il məsələsi Gürcüstan Parlamentində səslənəcək”
"Hazırda Ermənistan və Gürcüstan arasında münasibətlər çox yaxşıdır".

Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda ekspert Alik Eroyans danışıb.

O jurnalistlərlə görüşündə Gürcüstan baş naziri Georgi Kvirikaşvilinin İrəvana səfərini xatırladıb və antierməni çıxışların bu ölkədə azaldığını bildirib:

"Türkiyə Gürcüstan üçün vacib ölkədir, Azərbaycan isə əsas investordur. Bununla belə Ermənistan nümayəndəliyi Gürcüstanda aktiv iş görür. 2018-ci ildə Gürcüstan parlamentində 1915-ci il hadisələrilə bağlı daha çox fikirlər səslənəcək. Mətbuatda bu mövzu daha çox işıqlandırılacaq”.
 
İlqar



OXŞAR XƏBƏRLƏR