Masallıda kriminal avtoritetin gizlətdiyi silah-sursat oğurlandı - FOTO

Masallıda kriminal avtoritetin gizlətdiyi silah-sursat oğurlandı - FOTO
Masallıda evdən silah sursat oğurlayan şəxs saxlanılıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, yanvar 14-də rayonun Səmidxan kənd sakini Pərviz Səmədov oğurluq məqsədilə həmin kənd sakini, kriminal aləmdə "Axsaq Ceyhun” kimi tanınan Ceyhun Kərimova məxsus yaşayış olmayan evə qanunsuz yolla daxil olub. Həmin evdən bir ədəd "Kalaşnikov” tipli AKSM markalı avtomat, bir ədəd RQD-41, 4 ədəd F-1 markalı əl qumbarası alışdırıcısı ilə birlikdə, 1 ədəd siqnal vermək üçün nəzərdə tutulmuş tapança, 3 ədəd içərisində ümumilikdə 81 ədəd patron olan avtomat darağını oğurlayaraq dayısına məxsus yaşayış olmayan evin həyətində olan yardımçı tikilidə basdırıb.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq məhkəmə qərarı əsasında Ceyhun Kərimova məxsus evdə aparılmış axtarış zamanı oradan içərisində 30 ədəd 5.45 çaplı güllə olan 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb. Hər iki şəxs saxlanılıb və törətdikləri əməli etiraf edib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...