Bakı metrosunda sərnişinlər dəqiqələrlə tuneldə qaldı - Görün səbəb nə imiş

Bakı metrosunda sərnişinlər dəqiqələrlə tuneldə qaldı - Görün səbəb nə imiş
Bu gün səhər saatlarında, 09:17-09:32 radələrində "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarların fəaliyyətində fasilələr yaranıb. Təxminən bu müddətdə qatarlar dəqiqələrlə tuneldə qalıb.
 
Həmçinin digər istiqamətdə hərəkət edən qatarlar da qısa müddətdə yerin altında qalıb.
 
Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Sfera.az-a bildirdilər ki, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir. Nasazlığı aradan qaldırılır.
 
Bu gün təkcə metrodan istifadə edənlər yox, avtobus sərnişinləri də gecikmə ilə üzləşiblər. 

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir:
 
"Sıxlıq səbəbindən bəzi marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb".
 
Nigar Məhərrəm
 Sfera.az
 

OXŞAR XƏBƏRLƏR