Bakıda tikinti şirkəti müflis oldu: Mənzil sahiblərinin pulları necə qaytarılacaq? - VİDEO

Bakıda tikinti şirkəti müflis oldu: Mənzil sahiblərinin pulları necə qaytarılacaq? - VİDEO
Azərbaycanda tikinti şirkətlərindən biri müflis elan olunması üçün məhkəməyə müraciət edib. Bu isə ortaya belə bir sual çıxarır. həmin şirkətin tikdiyi və yarımçıq qalan binalardan mənzil alan şəxslərin pulları necə qaytarılacaq?

Sfera.az xəbər verir ki, "Xəzər Xəbər" məsələni mütəxəssislərlə birgə araşdırıb.

Xezerxeber.az-in məlumatina görə, tikinti şirkəti müflis olduğu iddiasıyla məhkəməyə müraciət edib. Əmlak ekspertləri bildirir ki, belə bir təcrübə Azərbaycanda öncədən olmayıb və bu bir ilkdir. Bu isə həmin şirkətdən mənzil alan şəxslərin vəsaitlərini böyük risk altında qoyur.

Ekspert Emil Cəfərov bildirir ki, vətəndaşlar öz vəsaitlərini təhlükə altında qoymaq istəmirlərsə, o zaman mənzili hansı şirkətdən aldıqlarına əvvəlcədən xüsusi diqqət etməlidirlər.

Məsələnin ən maraqlı tərəfi isə əgər məhkəmə tikinti şirkətinin iflasa uğradığını təsdiq edərsə, bu şirkətdən mənzil alan, ancaq faktiki mənzili olmayan vətəndaşların hüquqların necə bərpa ediləcək? Huquşunas Xəyal Bəşirov bildirir ki, əgər məhkəmə şirkətin iddiasını qəbul edərsə, ləğvetmə komissiyası şirkətin bütün aktivlərinə əl qoyacaq. Və bu aktivlər əsasında da vətəndaşların borcları qaytarılacaq. Lakin şirkətin aktivləri vətəndaşlara olan borcdan az olarsa, onda vətəndaşlar mənzillərinə verdiyi pulun yalnız bir hissəsini ala biləcəklər. Buna görə mütəxəssislər maliyyə vəziyyəti yaxşı olmayan, əmlak bazarında özünü doğrultmayan şirkətlərdən mənzil almağı tövsiyə etmir.

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...